Azərbaycanın U-17 millisi sonuncu oyunda da məğlub olub

24.02.2024 16:30     Sport reaksiya     119

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.

Reaksiya.az xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistanla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub.

Beləliklə, komanda beynəlxalq turnirdə sonuncu yeri tutub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar