Elxan Məmmədov: "Hər çəkidə potensial gənclərimiz görünür"

24.02.2024 19:00     Sport reaksiya     137

"Demək olar ki, hər çəkidə potensial gənclərimiz görünür".

Reaksiya.az xəbər verir ki, bunu gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov 21 yaşadək idmançılar arasında keçirilən Azərbaycan birinciliyi haqqında federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis cüdoçuların turnirdə çox yaxşı çıxış etdiklərini bildirib: "Fərqlənən idmançılar yığmaya seçiləcəklər və beynəlxalq yarışlara qatılacaqlar. Onlar daha sonra Avropa və dünya çempionatında da mübarizə aparacaqlar".

Qeyd edək ki, dünən start götürən ölkə birinciliyi bu gün başa çatacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar