Məşhur kanal "Bayer"in matçında mahnımızı səsləndirdi

25.02.2024 09:15     Sport reaksiya     99

Böyük Britaniyanın məşhur idman telekanalı “Sky Sports” rəsmi İnstaqram hesabındakı paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib.

Reaksiya.az xəbər verir ki, söhbət “Cücələrim” mahnısından gedir. Belə ki, telekanal Almaniyanın “Bayer 04” komandasının futbolçusu Qranit Cakanın “Maynz”ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnının sədaları altında paylaşıb.

Qeyd edək ki, Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer 04” - “Maynz” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar