"2 əsas oyunçu görüşə çıxmayacaq" - Açıqlama

24.08.2015 13:23     Sport reaksiya     2582

Azərbaycanın iki futbol klubu - “Qəbələ” və “Qarabağ”  komandaları Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində cavab oyunlarına çıxacaq. Avqustun 27-də “Qarabağ” İsveçrənin “Young Boys”, "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki, İsveçrədə keçirilən ilk görüş “Qarabağ”ın 1:0 qalibiyyəti ilə nəticələnmişdi. Birinci görüşdə qalibiyyətlərinə baxmayaraq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəyə çox sevinməmiş və bunun hələ tam qalibiyyət olmadığını bildirmişdi. "Qəbələ" isə Bakıda 0-0 hesablı nəticə əldə etmişdi. Onun səfərdə titullu bir komandaya qarşı uğurlu çıxış etməsi heç də ümidverici deyil.

Reaksiya.az “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan  İbrahimovdan "Qarabağ"ın oyuna necə hazırlaşdığını öyrənib.

O, komandanın bu gündən artıq hazırlığa başladığını bildirib: “Dünən komandamızın AZAL-la oyunu var idi. Ancaq bu gündən artıq “Young Boys”la oyuna hazırlıq işlərinə start vermişik. T.Bəhramov adına stadionda keçiriləcək oyunun biletləri artıq satışa çıxarılıb. Neçə illərdir Avroliqada oynayan komandamız kifayət qədər təcrübəlidir və bu səbəbdən də oyuna hazırlıq mərhələsi də yüksək əhval ruhiyyədə olacaq. Hər bir komanda meydana qələbə üçün çıxır. Qələbəyə inam hissi istənilən halda hər zaman vacib amildir”.

N.İbrahimov əlavə edib ki, komandanın iki futbolçusu, Maksim Medvedyev və  Alharbi El Jadeyaoui zədəli olduğu üçün oyunda iştirak etməyəcək.

Şərhlər