"Liverpul" 10-cu dəfə İngiltərə Liqa kubokunu qazandı

26.02.2024 10:30     Sport reaksiya     100

İngiltərə Liqa kubokunda final oyunu keçirilib.

Reaksiya.az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" üz-üzə gəlib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 118-ci dəqiqədə qol vuran Mersisayd təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Yurgen Kloppun baş məşqçisi olduğu komanda tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb. "Liverpul" kuboku sonuncu dəfə 2022-ci ildə qazanmışdı.

Reaksiya.az

Şərhlər