“Səbail”in müdafiəçisi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
26.02.2024 15:45 Sport reaksiya 187
"Səbail" klubunun futbolçusu Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Reaksiya.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.
29 yaşlı futbolçu “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.
Premyer Liqada debütü 2015/2016 mövsümünə təsadüf edən A.Nağıyev həmin vaxt “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də 3, “Səbail”də 2 dəfə fərqlənib.
Qeyd edək ki, Adil Nağıyev ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.
Şərhlər