Azərbaycanın FIFA referisi Türkiyə millisinin oyununa təyinat alıb

28.02.2024 17:00     Sport reaksiya     125

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb. Reaksiya.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Tükiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq. Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək. Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək. Reaksiya.az

Şərhlər