"Trabzonspor" və "Beşiktaş" yarımfinalda!

29.02.2024 11:00     Sport reaksiya     88

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

Reaksiya.az xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Başakşəhər"i qəbul edib. Görüş "bordo-mavililər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Trabzonspor" yarımfinalda "Qalatasaray" - "Fatih Karagümrük" matçının qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq.

Qeyd edək ki, ötən gün "Ankaragücü" "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub.

1/4 finalda "Beşiktaş" və "Konyaspor" komandaları üz-üzə gəliblər. Görüş "qara qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da İstanbul nəhəngi adını yarımfinala yazdırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar