Məşhur futbolçuya dörd illik qadağa: Karyerası 31 yaşında bitə bilər
29.02.2024 17:00 Sport reaksiya 133
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dopinq qəbul etdiyi üçün dörd il müddətinə futboldan uzaqlaşdırılıb.
Bildirilir ki, antidopinq prokurorluğunun tələbi qəbul edilib.
Xatırladaq ki, avqust ayında Pol Poqbanın dopinq testində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb.
İttiham tərəfi Poqbanın maddəni təsadüfən qəbulu ilə bağlı versiyasına inanmayıb.
Pol Poqba 31 yaşını martın ortalarında qeyd edəcək. Dörd illik diskvalifikasiya fransız futbolçu üçün onun idman karyerasına ciddi zərbədir.
Qeyd edək ki, 2023/2024 mövsümündə Poqba “Yuventus”un cəmi iki matçında iştirak edib.
Şərhlər