Dünya Kubokunun sahibinin həyat yoldaşı onun medalını satmaqla hədələyir
01.03.2024 17:45 Sport reaksiya 132
“Bayer”in yarımmüdafiəçisi və 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olmuş Ezekyel Palasiosun həyat yoldaşı Yesika Farias medalını satmaqla hədələyir.
“Mən onun boşanma sənədini imzalamasını istəyirəm. Mən yalnız haqqım olanı istəyirəm və bu, onun Almaniyadakı bizim ümumi mülkümüz belə deyil. O, evin pulunu da ödəmək istəmir. Çünki evin kimə qalacağını bilmir.
Kirayə pulunu ödəmək üçün dünya çempionatının qalibinin bütün futbol köynəklərini və medalını satmaq fikrindəyəm. Mənim susmağım onun marağındadır. Yığma komanda haqqında bildiyim şeylər var, amma bunları indiyə qədər heç yerdə deməmişəm”, - deyə Farias bildirib.
Palasios 2020-ci ildən “Bayer”də oynayır. Bundan əvvəl o, öz ölkəsində “River Pleyt”də çıxış edib.
Şərhlər