Premyer Liqa: Günün hər iki oyunu Bakıda keçiriləcək

02.03.2024 14:45     Sport reaksiya     154

Azərbaycan Premyer Liqasında bu gün XXV turun daha iki oyunu keçiriləcək.

Reaksiya.az xəbər verir ki, hər iki görüş Bakıda baş tutacaq.

Əvvəlcə “Zirə” doğma meydançasında “Turan Tovuz”u qəbul edəcək. Qalibiyyətsiz oyunlar seriyasına ötən turda son qoyan Rəşad Sadıqovun yetirmələri liderlər qrupundan uzaqlaşmamaq üçün hesabına üç xal yazdırmalıdırlar. Əks təqdirdə, tovuzlular dördüncü pillədəki rəqibləri ilə fərqi bir xala endirəcəklər. Hazırda “Zirə”nin 35, “Turan Tovuz”un isə 31 xalı var.

Eyni xalla (31) turnir cədvəlində qonşu olan “Sabah”la “Araz-Naxçıvan” birincilərin meydançasında qarşılaşacaqlar. Qalib gələn tərəf yuxarı pillələrə yaxınlaşmaq imkanı əldə edəcək.

Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (1:3) məğlub edib. Tura martın 3-də keçiriləcək “Qəbələ” - “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Premyer Liqa

XXV tur

2 mart (şənbə)

16:00. “Zirə” - “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Zirə” İK stadionu

18:30. “Sabah” - “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Bank Respublika Arena”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar