Azərbaycan cüdoçuları 12 medal qazandı
03.03.2024 09:45 Sport reaksiya 160
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kiloqram) və Nihad Məmişov (55 kiloqram) qızıl medal əldə ediblər.
Qüdrət Yusif (55 kiloqram), Mirxaliq İskəndərov (60 kiloqram), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kiloqram) bürünc medala sahib olublar.
Qızlar arasında Xədicə Abdullayeva (40 kiloqram) və Vüsalə Hacıyeva (52 kiloqram) qızıl, Leyla Ələkbərova (44 kiloqram) və Aysun Məmmədova (52 kiloqram) gümüş, Nərmin Məmmədli (44 kiloqram) və Diana Eldarova (48 kiloqram) bürünc mükafat qazanıblar.
Qeyd edək ki, turnir sabah başa çatacaq.
Şərhlər