Ronaldu “Əl Ayn” azarkeşlərinə səslənib: Ər-Riyadda görüşənədək

05.03.2024 10:45     Sport reaksiya     99

"Əl Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının ilk 1/4 final matçında məğlub olduqları "Əl Ayn" azarkeşlərinə müraciət edib.

Bu barədə Reaksiya.az xarici mətbuata istinadən xəbər verir.

"Ər-Riyadda görüşənədək" deyən Ronaldu “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Əl-Ayedə (BƏƏ) Təhnun Bin Mohammed stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, qarşılaşma zamanı “Əl Ayn” azarkeşləri Lionel Messinin adını səsləndiriblər.

“Əl Nəsr” və “Əl Ayn” komandaları arasında cavab oyunu bazar ertəsi, martın 11-də, Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar