“Rusiya və Qətər dünya çempionatı keçirmək haqqını itirə bilər”

09.06.2015 01:36     Sport reaksiya     1518

Bunu FİFA rəsmisi Domenico Scala deyib

“Rüşvət halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilər”.
 
ANS PRESS-in məlumatına görə, bunu FİFA rəsmisi Domenico Scala deyib.
 
Hər iki ölkə keçirilmiş tenderdə “səhv bir şey” etmədiklərini deyir. FİFA-nın audit və uyğunluq komitəsinin rəhbəri Cənab Scala da korrupsiya dəlili görmədiyini etiraf edib.
 
“Müəyyən edilsə ki, Qətər və Rusiyaya verilmiş təltif “alınmış səs”lərin nəticəsidir, o zaman təltif təxirə salınacaq”, Scala İsveç qəzeti Sonntagszeitung-a deyib.
 
Scala əvvəllərdə də eyni yönümlü çıxışlar etsə də, son iki həftədə FİFA-da baş vermiş hadisələrə görə bu çıxış ciddi xəbərdarlıq ola bilər. Ötən ay FİFA-nın korrupsiyada şübhəli bilinən 7 yüksək vəzifəli rəsmisi həbs olunub. Onlar ABŞ prokurorluğu tərəfindən 24 il ərzində ümumən 150 milyon dollar rüşvət almaqda ittiham edilən 14 nəfər arasındadır.
İsveç rəsmiləri də 2018 və 2022-ci il dünya çempionatının keçirmək haqlarının alınması barədə kriminal araşdırma aparıb.

Şərhlər