Azərbaycan millisinin sabiq futbolçusu xəstəxanadan evə buraxılıb

07.03.2024 15:00     Sport reaksiya     134

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev xəstəxanadan evə buraxılıb.

Bu barədə Reaksiya.az-a 51 yaşlı keçmiş hücumçu məlumat verib.

Daha əvvəl insult keçirən Vasilyev hazırda səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar