“Qarabağ”dan kritik oyun öncəsi - Açıqlama

07.03.2024 17:15     Sport reaksiya     82

"Qarabağ"da ruh yüksəkliyi yüksək səviyyədədir.

Bu sözləri Reaksiya.az-a açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat katibi Anar Hacıyev Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer 04” komandası ilə bu gün keçiriləcək oyun haqda danışarkən deyib.

“Baxmayaraq ki, iki futbolçumuz (Julio Romao və Elvin Cəfərquliyev) cəzalı durumdadır, amma komandada ruh yüksəkliyi yüksək səviyyədədir. Bununla yanaşı, oyundan gözləntilərimiz də yüksəkdir”, - A.Hacıyev bildirib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer” matçı saat 21:45-də başlayacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar