“Qarabağ”dan heç-heçə: Azərbaycanın xalı artdı
08.03.2024 13:30 Sport reaksiya 122
Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Reaksiya.az xəbər verir ki, Azərbaycanın xal hesabı artıb.
Buna "Qarabağ"ın Avropa Liqasının 1/8 finalında "Bayer 04"lə matçı səbəb olub.
Evdəki heç-heçə (2:2) sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə edilib.
Bununla da Azərbaycanın mövsümdəki qazancı 5,875-ə çatıb. Son 5 ilin nəticələrinə əsasən, toplanan reytinqimiz 20,125-dir.
Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda 27-ci olan ölkəmiz Bolqarıstana (26-cı yer) yaxınlaşıb. Bolqarıstanla fərq 0,250-dir.
Qeyd edək ki, siyahıya İngiltərə başçılıq edir.
Şərhlər