İtaliyanın məşhur klubu Qurbanovu istəyir

09.03.2024 17:15     Sport reaksiya     111

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyanın "Latsio" klubunun baş məşqçi postuna namizədlər arasında yer alıb.

Reaksiya.az xəbər verir ki, bu barədə iddianı “Azərbaycan futbolu” səhifəsi yayıb.

Bildirilib ki, “A” seriyasında 9-cu pillədə olan "Latsio"nun baş məşqçi görmək istədiyi şəxslərdən biri də Qurbanovdur.

Qeyd edək ki, Q.Qurbanovu Türkiyənin məşhur klublarının da arzuladığı haqda məlumat yayılmışdı.

Şərhlər

Çox oxunanlar