PSJ "Barselona"nın futbolçusu üçün 200 milyon avro ödəməyə hazırdır
09.03.2024 18:00 Sport reaksiya 141
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal karyerasını Fransada davam etdirə bilər.
Reaksiya.az "Marca" nəşrinə istinadən xəbər verir ki, PSJ 16 yaşlı vingerlə maraqlanır.
Paris təmsilçisi ispaniyalı oyunçuya görə 200 milyon avro ödəməyə hazırdır. Ölkə çempionu gənc futbolçunu yayda İspaniyanın "Real" klubuna keçəcəyi gözlənilən Kilian Mbappeyə əvəzləyici kimi görür.
Yamalın meneceri Jorje Mendeş bu həftə "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb və bu transferin mümkünlüyünü müzakirə edib. Kataloniya təmsilçisi isə onun satılmasının əleyhinədir.
Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.
Şərhlər