"Neftçi"nin futbolçusu "Spartak"la oyunu buraxacaq

11.03.2024 16:00     Sport reaksiya     110

"Neftçi"nin futbolçusu Alfa Konte martın 23-də Bakıda "Spartak"a (Moskva) qarşı keçiriləcək yoldaşlıq oyununu buraxacaq.

Reaksiya.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, buna 23 yaşlı futbolçunun Syerra Leone millisinə çağırılması səbəb olub.

Syerra Leone yığması martın 22-də Sudan, 25-də isə Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Qeyd edək ki, Alfa Konte bu ilin qışında "Neftçi"yə transfer olunub.

Reaksiya.az

Şərhlər