ÇL: "Arsenal" "Portu"ya, "Barselona" "Napoli"yə qarşı

12.03.2024 10:00     Sport reaksiya     88

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.

Reaksiya.az xəbər verir ki, "Arsenal" Londonda Portuqaliyanın "Portu" kollektivini qəbul edəcək. İlk matç "Portu"nun qələbəsi ilə bitib - 1:0.

Digər oyunda "Barselona" İtaliyanın "Napoli" komandasını sınağa çəkəcək. Tərəflər arasındakı birinci görüş heç-heçə ilə yekunlaşıb - 1:1.

Qeyd edək ki, daha əvvəl PSJ və "Bavariya" 1/4 finala vəsiqə əldə ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar