Kriştianu Ronaldu futbol tarixinə düşüb

13.03.2024 15:00     Sport reaksiya     131

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu tarixə düşüb.

Reaksiya.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu buna Asiya Çempionlar Liqasının Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasına 4:3 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

O, futbol tarixində komandaları ilə 800 yüksək səviyyəli qarşılaşmada qalib gələn ilk oyunçudur. Bunlardan 675-i klubda, 125-i yığmada gerçəkləşib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar