“Qarabağ” buna görə 900 klub arasında 39-cu yerdədir

13.03.2024 17:15     Sport reaksiya     179

2023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb.

Reaksiya.az xəbər verir ki, məlumatı Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) yayıb.

54 liqanın 900 klubu ilə bağlı aparılan araşdırma nəticəsində təmsilçimiz “Qarabağ” 39-cu yerdə qərarlaşıb.

Ağdam təmsilçisi hər matçda orta hesabla 5,81 dəqiq zərbə ilə yadda qalıb.

Qeyd edək ki, dünya reytinqinə Niderland klubu PSV başçılıq edir. Eyndhoven təmsilçisi orta hesabla hər qarşılaşmada rəqib qapıçını 8,92 “seyv”ə vadar edib.

Reaksiya.az

Şərhlər