“Bayer 04”ün futbolçusu “Qarabağ”la oyunu dramatik adlandırıb

15.03.2024 14:30     Sport reaksiya     107

Dramatik oyun oldu.

Reaksiya.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Qranit Caka “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü barədə danışarkən deyib.

İsveçrəli yarımmüdafiəçi ilk iki qolu buraxmalarına baxmayaraq, həvəsdən düşmədiklərini bildirib: “Qarabağ” azlıqda olarkən bizə qol vurdu. Say üstünlüyünə malik olan komanda 0:2 hesabı ilə geri düşməməlidir, ancaq bunu biz yaşadıq. Adətən futbolçular iki top fərqi ilə geri olduqları zaman həvəsdən düşür, oyunun onlar üçün bitdiyini fikirləşirlər. 70-ci dəqiqədən sonra hesabı 3:2-yə çatdırmağımız bir daha əhval-ruhiyyəmizin və mentalitetimizin inanılmaz olduğunu göstərir. Bu, qeyri-adi qələbədir”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar