Gürcüstan millisi Avropa çempionatına daha da yaxınlaşdı

22.03.2024 10:45     Sport reaksiya     55

Bu gün Avro-2024-ün pley-off mərhələsində ilk oyunu keçirilib.

Reaksiya.az xəbər verir ki, Gürcüstan millisi Millətlər Liqası xəttindən final mərhələsinə vəsiqə qazanıb. Gürcü futbolçular doğma meydanda Lüksemburqa 2:0 hesabı ilə qalib gəliblər. Hər iki qolu Budu Zivzivadze vurub.

Gürcüstan millisi finalda C Liqasının digər cütü - Yunanıstan - Qazaxıstan oyunun qalibi ilə üz-üzə gələcək. Finalda qalib gələcək komanda Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Reaksiya.az

Şərhlər