Neymar üçün fantastik təklif

25.08.2015 14:32     Sport reaksiya     2796

İngiltərənin “Mançester Yunayted” futbol klubu İspaniyanın “Barselona” futbol klubu və Braziliya millisinin hücumçusu Neymarın keçidi üçün 190 milyon avro ödəməyə hazırdır.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumat “Globo” qəzetində dərc olunub.

“Qırmızı şeytanlar” artıq bu yay Neymarı əldə etməyə hazırdırlar.

“Barselona” belə sərfəli şərtlər daxilində braziliyalının getməsinə qarşı deyil. Hazırda klublar danışıqlar aparır.

Bu transfer dünya futbol tarixində ən bahalı transfer ola bilər.

Qeyd edək ki, ötən mövsüm Neymar “Barselona”nın heyətində 51 oyun keçirib və 39 qol vurub.

Şərhlər