Benzia qol vurdu, Əlcəzair qələbə qazandı

23.03.2024 14:15     Sport reaksiya     140

Ağdamın “Qarabağ” klubunun futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununu keçirib. Reaksiya.az xəbər verir ki, onun komandası “FIFA series - Edition 2024” layihəsi çərçivəsində “ev”də Boliviya ilə qarşılaşıb. Görüş əlcəzairlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 5 il sonra yığmaya dəvət alan 30 yaşlı yarımmüdafiəçi meydana ikinci hissədə daxil olub. O, 79-cu dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə isə Əlcəzair qələbə qoluna imza atıb - 3:2. Qeyd edək ki, bu, Yassin Benzianın yığmanın heyətində keçirdiyi beşinci qarşılaşma olub. Reaksiya.az

Şərhlər