“Milan” Mayk Menyanı satır

24.03.2024 14:45     Sport reaksiya     81

İtaliyanın "Milan" komandası qapıçısı Mayk Menyanı satmaq fikrindədir.

Reaksiya.az xəbər verir ki, buna 29 yaşlı qolkiperin daha çox maaş istəməsi səbəb olub.

Hazırda "rossonerilər"dən illik 2,8 milyon avro maaş alan qapıçı bu məbləğlə razılaşmadığını bildirilib.

Qeyd edək ki, Mayk Menyan bu mövsüm "Milan"ın heyətində ümumilikdə 37 matçda meydana çıxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb. Onun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar