Selin Dion ərinin vəsiyyətini ağlaya-ağlaya danışdı
25.08.2015 15:22 Sport reaksiya 2323
Reaksiya.az-ın “acunn.com”a istinadən xəbərinə görə, əri üçün 1 ildir karyerasına ara verən 47 yaşlı ulduz onun müalicə ərəfəsində yaşadıqlarından bəhs edib.
Sevənlərinin səhnəyə nə vaxt qayıdacağı ilə bağlı suallarına isə, Dion sevindirici cavab verib. O, yaxın günlərdə Las-Veqasda "Caesars Palace"də səhnəyə çıxmağa hazırlaşdığını söyləyib.
Avqustun 27-də sevənləri ilə bir araya gəlməyi planlaşdıran müğənni bu işdə ona həyat yoldaşının dəstək olduğunu və ruh verdiyini bildirib. O, Rene ilə aralarında olan bir söhbəti də sevənləri ilə bölüşüb, göz yaşı töküb:
“Reneyə “Qorxursan, bunu başa düşürəm. Mənimlə bu haqda danış” dedim. O isə mənə “Sənin qollarında ölmək istəyirəm” söylədi. Ona “Yaxşı, orada olacam və mənim qollarımda öləcəksən” deyə, cavab verdim”.
Şərhlər