“Zirə” yeni futbolçu ilə anlaşdı

24.03.2024 18:30     Sport reaksiya     116

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Paytaxt təmsilçisindən Reaksiya.az-a verilən məlumata görə, komanda Araz Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilə sözləşmənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Reaksiya.az

Şərhlər