Həndbolçu gözəlçə kraliça oldu - VİDEO - FOTOLAR
25.08.2015 15:31 Sport reaksiya 3422
Rumın əsilli Türkiyə vətəndaşı, 18 yaşlı Andreea Raema Mungiu: “Türklüyümlə qürur duyuram”
Qadınlar üzrə həndbol Super Liqasında “Muratpaşa Belediyespor” klubunda forma geyinən Rumın əsilli Türkiyə vətəndaşı 18 yaşlı Andreea Raema Mungiu qatıldığı gözəllik yarışında kraliça tacının sahibi olub.
Reaksiya.az xəbər verir ki, Mungiu idman karyerası ilə yanaşı uğurlu bir model olub serial və kino filmlərində oynamaq istəyir.
Rumıniyadan 5 yaşında ailəsiylə gəlib Antalyaya yaşayan Andreea Raema Mungiu 10 il əvvəl həndbol oynamağa başlayıb. Gənc idmançı dostları və yaxınları tərəfindən “Reyma” adı ilə tanınıb.
ANTALYADA BİRİNCİLİYİ QAZANDI
Muratpaşa məktəbində həndboldakı bacarığı ilə diqqəti çəkən Reyma məktəb illərində bir sıra milli və beynəlxalq çempionatlara qatılıb. O, məktəb komandası ilə oynadığı yarışlarda liseylərarası dünya çempionatında beşinci, Türkiyədə üçüncü, Antalyada isə birinci yeri qazanıb.
MİLLİ OLDU
“Muratpaşa Belediyespor”un heyətində Türkiyədə ikinci yeri qazanan Reyma gənclər üzrə milli komandada da forma geyinib. O, ötən mövsüm “Paşanın mələkləri” kimi tanınan “Muratpaşa Belediyespor”la Super Liqa matçında da oynayıb.
Reyma bu il Antalyada 16-cı dəfə keçirilən “Miss Mediterranean” gözəllik müsabiqəsinə qatılıb. 200 iştirakçı arasından seçilərək 12 finalistin sırasında yer alan gözəlçə müsabiqənin finalında kraliça tacının sahibi olub.
Qəbul imtahanında uğurlu nəticə alaraq Ege Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsinə qəbul olan Reyma böyük sevinc yaşayıb. İzmir şəhərində yaşamağa hazırlaşan Reyma təhsili ilə yanaşı reklam və peşəkar idman karyerasına da davam etmək istədiyini bildirib.
İzmirdəki bir qadın həndbol komandasında forma geyməyi düşündüyünü bildirən Reyma "İstəmədən “Muratpaşa Belediyespor”dan ayrılıram. Həyatıma İzmirdə davam edəcəyəm. İdman karyeramı da davam etdirmək istəyirəm, amma daha çox reklam və aktyorluq üzərində çalışacam. 5 yaşında Türkiyəyə gəldim və Türk vətəndaşı oldum. Türklüyümlə qürur duyuram" sözlərini deyib.
Şərhlər