Mourinyodan etiraf: Bu şəxslə heç vaxt işləməz
25.03.2024 14:30 Sport reaksiya 158
“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo klubun keçmiş direktoru Tiaqo Pinto ihaqda danışıb.
Reaksiya.az xəbər verir ki, Mourinyonu bir daha onunla işləməyəcəyini etiraf edib.
“Onun nə dediyi və nə düşündüyü məni maraqlandırmır. Yenə mənimlə işləyəcək? Xeyr, əlbəttə ki, yox. Mümkün deyil”, –“Corriere dello Sport” Mourinyodan sitat gətirib.
Portuqaliyalının son klubu 2024-cü ilin yanvarında tərk etdiyi "Roma" olub.
Mourinyo daha əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.
Şərhlər