"Qəbələ" və "Qarabağ": Kim daha şanslıdı?

25.08.2015 15:57     Sport reaksiya     2112

Dünyaca məşhur bukmeyker kontoru olan "Bwin" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" və "Panatinaikos" - "Qəbələ" matçının əmsallarını açıqlayıb.

Reaksiya.az xəbər verir ki, İsveçrənin Bern şəhərində "Yanq Boyz"a qalib gələn "Qarabağ" Bakıdakı revanş matçının favoritidi. Belə ki, Ağdam klubunun qələbəsinə 2.15, "Yanq Boyz"a isə 3.20 əmsal verilib. Matçın heç-heçəsinə verilən əmsal isə 3.30-du.

"Panatinaikos" - "Qəbələ" matçında isə vəziyyət fərqlidir. Belə ki, "Panatinaikos"un qələbəsinə 1.40 əmsal verilibsə, "qırmızı-qaralar"da bu 7.50-yə bərabərdi. Qarşılaşmanın heç-heçəsinə verilən əmsal isə 4.00-du.

Qeyd edək ki, cavab matçları avqustun 27-də keçiriləcək.

 

 

Şərhlər