"Spartak" klubu yeni baş məşqçi axtarır

25.03.2024 19:34     Sport reaksiya     125

Rusiyanın "Spartak" klubu yeni baş məşqçi axtarır.

Reaksiya.az yerli "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-ağlar" Qilyermo Abaskalı əvəzləyə biləcək namizədlərin qısa siyahısını da hazırlayıb.

Bildirilib ki, nəticələr qənaətbəxş olmasa, Moskva təmsilçisi cari mövsümün sonunu gözləmədən ispaniyalı mütəxəssisi istefaya göndərəcək.

Qeyd edək ki, Abaskal 2022-ci ilin iyulundan paytaxt klubunda işləyir. Komanda 20 turdan sonra Premyer Liqada 31 xalla altıncı pillədə qərarlaşıb. "Spartak"ın martın 23-də Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü Rusiyadakı terror aktına görə təxirə salınmışdı.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar