Azərbaycan millisinin futbolçusu: Komanda olaraq baxımlı oyun sərgilədik
27.03.2024 13:00 Sport reaksiya 150
Komanda olaraq baxımlı oyun sərgilədik.
Bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla keçirilən matç barədə danışarkən deyib.
Futbolçu oyun barədə təəssüratlarını bölüşüb: "Nəticə sərgilədiyimiz oyunu əks etdirmir. Çünki matç ərzində çoxsaylı qol şanslarımız oldu. Amma bu, futboldur. 1:1 hesabı ilə barışmalıyıq.
31 yaşlı yarımmüdafiəçi millinin çıxışı barədə danışıb: "Hər iki yoldaşlıq matçını yaxşı keçirdik. Monqolustana qalib gəldik, Bolqarıstan yığması ilə heç-heçə etdik. İyunda bizi növbəti oyunlar gözləyir. Həmin matçlarda da sərfəli nəticələr qazanmağa çalışacağıq".
Eddi İsrafilov bu yay "Neftçi"dən ayrılacağı ilə bağlı xəbərlərə də toxunub: "Bu barədə heç bir məlumatım yoxdur. "Neftçi"ni sevirəm, burada oynamaq olduqca xoşdur. Artıq 3 mövsümdür bu komandanın üzvüyəm. Azarkeşlər, klubda olan hər bir insan mənə hörmətlə yanaşır. Fikrimi Azərbaycan Kuboku və Premyer Liqaya yönəltmişəm".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən Azərbaycan - Bolqarıstan oyunu 1:1 hesabı ilə başa çatıb.
Şərhlər