"Qarabağ"ın qapıçısı Rusiya Premyer Liqasına qayıtmaq ehtimalından danışıb

27.03.2024 13:45     Sport reaksiya     132

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya Premyer Liqasına qayıtmaq ehtimalından danışıb.

Reaksiya.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Match TV"yə açıqlama verib.

Oyunçu bunun üçün bir çox nüansa baxmalı olduqlarını bildirib: "Mənim müəyyən kriteriyalarım var. Həyat yoldaşımla birlikdə təhlil edəcəyik, müsbət və mənfi tərəfləri görəcəyik. Çünki uşaq böyüyür və yetkinləşir. Onun gələcəyini və məktəbi düşünməliyik. Harada məskunlaşacağımız, ailə yuvamızın harada olması barədə qərar verəcəyik".

"Növbəti müqaviləmin müddətinə də baxmaq lazımdır. Artıq yaşın 32-33 olduğunu başa düşmək lazımdır. Amma hisslərimdən, səhhətimdən anlayıram ki, 2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm", - deyə qapıçı vurğulayıb.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"la müqavilə imzalayıb. O, cari mövsüm klubun heyətində 25 oyuna çıxıb və 32 qol buraxıb. O, 8 matçda qapısını toxunulmaz saxlayıb. Qolkiper 2017-2021-ci illərdə ölkəsində "Zenit"in uğurları üçün çalışıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar