Əgər dünya kubokunu qazanmasaydım... - Messi

28.03.2024 11:00     Sport reaksiya     36

Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi. Reaksiya.az xəbər verir ki, bunu ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi bildirib. “Əgər titul qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq”, - Messi deyib. Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi finalda Fransanı məğlub edərək (3:3, penaltilər - 4:2) çempion olub. Reaksiya.az

Şərhlər