“Mançester Yunayted”in hücumçusu AVRO-2024-ü buraxa bilər

28.03.2024 18:30     Sport reaksiya     145

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford AVRO-2024-ü buraxa bilər.

Reaksiya.az-ın “Telegraph” nəşrinə istinadən məlumatına görə, buna səbəb 26 yaşlı hücumçunun formada olmamasıdır.

Onun hazırkı durumu yığmanın baş məşqçisi Qaret Sautqeyti qane etmir. Mütəxəssis ulduz futbolçuya əvvəlki formasını bərpa etməyi tapşırıb. Əks təqdirdə, Reşford Avropa çempionatına yollanacaq “23-lüy”ə salınmayacaq.

Qeyd edək ki, İngiltərə millisi 14 iyun–14 iyul aralığında keçiriləcək qitə birinciliyində Sloveniya, Danimarka və Serbiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar