Bu klubun rəsmisi Juninyo üçün Bakıya gəlir
28.03.2024 19:00 Sport reaksiya 236
"Beşiktaş" "Qarabağ"ın hücumçusu Juninyo Olavionu heyətinə qatmaqda israrlıdır.
Reaksiya.az xəbər verir ki, bu məqsədlə "ağ-qaralar"ın idman direktrou Samet Aybaba Azərbaycana gəlməyə hazırlaşır. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Qara qartal” rəsmisi Ağdam təmsilçisinin rəhbərliyi ilə görüşərək, transferin detallarını müzakirə edəcək. "Qarabağ" Juninyonu 8 milyon avroya satmağı planlaşdırır. Lakin bu məbləğ "Beşiktaş"ı qane etmir. Buna görə də Aybaba Bakı səfəri zamanı qiymət endirimi üçün danışıqlar aparacaq.
Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi. Braziliyalı hücumçunun Fransanın "Tuluza" klubu ilə anlaşdığı barədə də iddialar var.
Şərhlər