Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

29.03.2024 13:00     Sport reaksiya     80

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola 2025-ci ildə postunu tərk etmək istəyir.

Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı ispaniyalının müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

O, komandanı tərk etmək və məşqçilik karyerasına fasilə vermək istəyir. Mütəxəssis 2016-cı ildən "şəhərlilər"ə rəhbərlik edir.

Mançester təmsilçisi Qvardiolanın rəhbərliyi altında 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Ötən mövsüm isə komanda tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Mançester Siti” 28 turdan sonra İngiltərə Premyer Liqasında 63 xalla üçüncüdür. Komanda “Arsenal” və “Liverpul”dan 1 xal geri qalır.

Reaksiya.az

Şərhlər