"Real" klubu Xabi Alonsonu 2025-ci ildə baş məşqçi postuna gətirməyi planlaşdırıb

30.03.2024 15:00     Sport reaksiya     122

İspaniyanın "Real" klubu Almaniya təmsilçisi "Bayer 04"ü çalışdıran Xabi Alonsonu 2025-ci ildə baş məşqçi postuna gətirməyi planlaşdırıb.

Reaksiya.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu hələlik italiyalı baş məşqçisi Karlo Ançelottini dəyişmək istəmir.

Alonso 2022-ci ilin oktyabrından Leverkuzen təmsilçisinə rəhbərlik edir. 42 yaşlı ispaniyalı mütəxəssisin "Bayer 04" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulub.

"Real" İspaniya çempionatında 29 turdan 72 xalla liderdir. Madridlilər ən yaxın izləyicisi “Barselona”nı 8 xal qabaqlayır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar