"Barselona" rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib
31.03.2024 16:00 Sport reaksiya 153
İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavi Ernandesi postunda saxlamağa çalışacaqlarını etiraf edib.
Reaksiya.az xəbər verir ki, yerli AS nəşrinə açıqlama verən funksioner mütəxəssisin Kataloniya təmsilçisində qalacağına ümid etdiyini söyləyib.
"Onunla uzun müddətli layihəni müzakirə edirik, 1-2 mövsümdən danışmırıq. Xavini klubda qalmağa inandırmağa çalışacağıq. Lakin hər şey ondan asılıdır", - deyə vitse-prezident vurğulayıb.
Qeyd edək ki, 2021-ci ildən "Barselona"da işləyən Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.
Şərhlər