Futbolçular baş məşqçiyə "torba"nı belə tikdilər
01.04.2024 15:15 Sport reaksiya 118
"Çelsi"nin bir neçə futbolçusu klub rəhbərliyini cari mövsümün sonunda klubun baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərməyə çağırıb.
Reaksiya.az xəbər verir ki, bu barədə HITC məlumat yayıb.
İngiltərə çempionatının 30-cu turunun matçında "Çelsi" "Bernli" ilə heç-heçə edib - 2:2. Bu matçdan sonra "zadəganlar"ın bəzi futbolçuları rəhbərliklə danışıb və məşqçidən narazılıqlarını bildiriblər. Açıq şəkildə bildiriblər ki, uğursuzluqların səbəbi Poçettinodur və onun istefasını istəyirlər.
"Çelsi" hazırda 40 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci sıradadır.
Qeyd edək ki, argentinalı mütəxəssis 2023-cü ildən "mavilər"i çalışdırır. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Şərhlər