Azərbaycanda futbolun inkişafına bu qədər pul ayrılıb

02.04.2024 14:15     Sport reaksiya     35

Azərbaycan Respublikasında futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb.

Reaksiya.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Qeyd olunub ki, 2022/2023 mövsümündə bu rəqəm 38 milyon manat təşkil edib. 2023/2024 mövsümündə isə bir milyon artaraq 39 milyona çatıb.

Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10) toplamda 3 milyon, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.

Region Liqası və Region Liqa oyunların keçirilməsi və VAR lahiyə xərcləri hər iki mövsümdə 1 milyon manatdır. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min verilib, Menecer və Məşqci korpusunun təhsilinə görə (AFFA-nın nəzdində) 300 min manat xərclənib.

Reaksiya.az

Şərhlər