Rekord təkrarlandı

02.04.2024 16:15     Sport reaksiya     96

İtaliya çempionatının 30-cu turunun “İnter” – “Empoli” oyunu keçirilib. Görüş milanlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Reaksiya.az xəbər verir ki, Simone İnzaqinin komandası ilk 30 liqa oyununda 25 qələbə qazanaraq klub tarixinin rekordunu təkrarlayıb. "Neradzuri" ilk dəfə 2006/07 mövsümündə Roberto Mançininin rəhbərlik etdiyi vaxtda bu nəticəyə imza atıb.

"İnter" 79 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. Komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.

Reaksiya.az

Şərhlər