Azərbaycan kuboku: "Qarabağ" "Neftçi"yə qarşı

02.04.2024 20:00     Sport reaksiya     213

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Reaksiya.az xəbər verir ki, bu gün 1 matç keçiriləcək. Premyer Liqada çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.

Yarımfinalın digər qarşılaşması sabah keçiriləcək.

Qeyd edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.

Azərbaycan kuboku: 1/2 final ilk oyunlar

2 aprel (çərşənbə axşamı)

20:00. “Neftçi” – “Qarabağ”

“Neftçi Arena”

3 aprel (çərşənbə)

19:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu

Reaksiya.az

Şərhlər