Renatın komandası "Qalatasaray"a məğlub oldu
03.04.2024 12:00 Sport reaksiya 171
Azərbaycanlı futbolçu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib.
Reaksiya.az İdman.biz-ə xəbər verir ki, onun komandası 31-ci turda səfərdə “Qalatasaray”a 0:1 hesabı ilə uduzub.
Matça ehtiyat oyunçular skamyasında start verən Renat meydana çıxmaq şansı qazanmayıb. Mauro İkardinin vurduğu qol qarşılaşmanın taleyini həll edib. Hesabında 33 xal olan “Hatayspor” 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Renatın komandası 32-ci turda öz meydanında “İstanbulspor”la qarşılaşacaq.
Şərhlər