“İmarət” Qara Qarayevi təhqir etdi

03.04.2024 14:00     Sport reaksiya     112

“Neftçi”nin futbolçusu Qara Qarayevlə “Qarabağ”ın fan klubu “İmarət” arasında mübahisə yaşanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Dünən keçirilən “Neftçi”-“Qarabağ” (0:4) matçında qonaq komandanın azarkeşləri sabiq oyunçularını rəqib komandaya keçdiyi üçün təhqir edib.

Q.Qarayev də azarkeşlərin təhqiredici şüarlarına cavab verib. Tribunalara yaxınlaşan futbolçu “Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın” deyib.

Reaksiya.az

Şərhlər