Azərbaycan millisinin sabiq üzvü 6 ay futbolsuz qala bilər

03.04.2024 16:45     Sport reaksiya     178

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov 6 ay futbolsuz qala bilər.

Reaksiya.az-ın “berliner-kurier.de” saytına istinadən məlumatına görə, Almaniyanın “Dinamo” (Berlin) klubunun formasını geyinən hücumçu məşq zamanı ciddi xəsarət alıb.

Komanda yoldaşı ilə toqquşan 32 yaşlı forvardın dizi burxulub. İlkin diaqnoza görə, dizində çat əmələ gələn azərbaycanlı futbolçu təxminən yarım il yaşıl meydanlardan kənarda qalacaq. Lakin yekun rəy MRT-dən sonra veriləcək.

Qeyd edək ki, Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” komandası Almaniya Regional Liqasında mübarizə aparır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar