"Neftçi"nin azarkeşləri "Qarabağ"ın futbolçusuna hücum etdilər
03.04.2024 18:16 Sport reaksiya 185
"Qarabağ"ın futbolçusu Kevin Medina hücuma məruz qalıb.
Reaksiya.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib. Müdafiəçinin maşınını azyaşlı azarkeşlər daşa basıb. Hadisə Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə oyunundan sonra (4:0) stadionu tərk edərkən baş verib.
"Bu mənim maşımının düşdüyü vəziyyətdir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Maşında ailəm ola bilərdi və bu hal mənim üçün təhlükəli idi. Öz adımdan xahiş edirəm, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın" - deyə Medina bildirib.
Şərhlər